Əməkdar Jurnalist

Əsas səhifə




Hidayət Səfərliyə
(Sözümüz Sözdür)

O ağ saçlı bir insan, zirvəsi qarlı dağdır,
Yerişindən yer titrər, nur çağlar baxışında.
Kövrək, dəcəl, gülümsər 80 yaşlı uşaqdır,
İllərin izi qalıb alnının qırışında.

Adını soruşsanız Hidayətdir, deyəcək,
Varını soruşsanız, layaqətdir, deyəcək.
Yurdum Naxçıvanatək bir vilayətdir, deyəcək,
Qərar tutub qədimdən dünyanın ağuşunda.

Öz dərdini kimsəyə bildirməz, yüz il qala,
Nə vaxt keyfini soruşsan, söylər: əladır, bala.
Fəqət, min-bir dərdi var içində tala-tala,
Fikir versən, sezərsən qəribə duruşunda.

Dost-doğma qardaşıdır o, Səfərli İslamın,
Türk əri, türk oğlutək əsgəridir İslamın.
Şairlikdə payı yox, fəqət bir çox kəlamın,
Şəriksiz avtorudur – hifz eyləyib huşunda...

Bir radio müxbiritək çox sevir peşəsini,
Bir neçə illərdi ki, dinləyirik səsini.
O çoxdan fəth eləyib sənətinin zirvəsini,
Arzumdur ustadı görək yüz-bir yaşında!..

 

20 Oktyabr 2004                                               N. Saraclı